İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan “Napoli” komandası doğma meydanda “Kremoneze”ni qəbul edib. “Dieqo Armando Maradona” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü və 4:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı erkən qol açib. Üçüncü dəqiqədə şotlandiyalı yarımmüdafiəçi Skott Maktominey hədəfi dəqiq nişan alaraq komandasını önə keçirib. Birinci hissənin sonları qonaqlar üçün əsl kabusa çevrilib. 45-ci dəqiqədə Filippo Terratçano avtoqol müəllifi olubsa, 45+3-cü dəqiqədə ulduz futbolçu Kevin De Bröyne hesabı 3:0-a çatdırıb.
İkinci yarıda da hücumlarını davam etdirən Neapol təmsilçisi 52-ci dəqiqədə Alisson Santosun qolu ilə fərqi 4 topa çatdırıb. 83-cü dəqiqədə Skott Maktominey dubl etmək şansını əldən verib – o, təyin olunmuş penaltini qola çevirə bilməyib.
Bu qələbədən sonra xallarını 69-a çatdıran “Napoli” turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. 28 xalı olan “Kremoneze” isə 17-ci yerdə qərarlaşaraq təhlükəli zonadan uzaqlaşa bilməyib.
