Premyerliqa: “Nottinqem Forest” “Sanderlend”ə divan tutdu - VİDEO

25 Aprel 2026 01:07
178
Premyerliqa: “Nottinqem Forest” “Sanderlend”ə divan tutdu - VİDEO

İngiltərə Premyerliqasının 34-cü turu çərçivəsində “Sanderlend” doğma meydanda “Nottinqem Forest”i qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı darmadağınla başa çatan qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın 17-ci dəqiqəsində Tray Hamın öz qapısına vurduğu qol qonaqları önə keçirib. 31-ci dəqiqədə Kris Vud Morqan Gibbs-Uaytın ötürməsini qola çevirərək fərqi artırıb. Cəmi üç dəqiqə sonra Gibbs-Uayt özü hesabı darmadağın həddinə çatdırıb. Az sonra İqor Jezus meydan sahiblərinin qapısına dördüncü qolu vurub. Matça əlavə olunmuş beşinci dəqiqədə isə Elliot Anderson matçın son nöqtəsini qoyub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Nottinqem Forest” İngiltərə Premyerliqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. 46 xalı olan “Sanderlend” isə 11-ci pillədədir.

İdman.Biz