Almaniya Kuboku: “Ştutqart” möhtəşəm qələbə ilə finala yüksəlib - VİDEO

24 Aprel 2026 01:52
216
Almaniya Kuboku: “Ştutqart” möhtəşəm qələbə ilə finala yüksəlib - VİDEO

Almaniya kubokunun yarımfinal mərhələsində “Ştutqart” öz meydanında “Frayburq”u qəbul edib. “MHP Arena”da baş tutan qarşılaşma ev sahiblərinin 2:1 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 28-ci dəqiqədə qonaqların futbolçusu Maksimilian Eqqeştayn açıb. Uzun müddət geridə olan meydan sahibləri 70-ci dəqiqədə Deniz Undavın qolu ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə dəqiqələrə keçilib.

Matçın taleyini 119-cu dəqiqədə Tiaqu Tomaş həll edib. Onun vurduğu qol “Ştutqart”ı turnirin finalına daşıyıb. Beləliklə, “Ştutqart” həlledici oyunda “Bayer”i (Leverkuzen) 2:0 hesabı ilə məğlub edən “Bavariya”nın rəqibi olub.

Qeyd edək ki, Almaniya kubokunun final qarşılaşması mayın 23-də Berlindəki Olimpiya stadionunda keçiriləcək.

İdman.Biz