“Atletiko” Qrizmannın əvəzləyicisini Dortmundda tapıb - FOTO

24 Aprel 2026 00:44
193
“Atletiko” Qrizmannın əvəzləyicisini Dortmundda tapıb - FOTO

İspaniyanın “Atletiko” futbol klubu yayda komandadan ayrılacaq Antuan Qrizmannın boşluğunu doldurmaq üçün hərəkətə keçib. Fransalı ulduzun artıq ABŞ-nin “Orlando Siti” klubu ilə müqavilə imzalaması “matrasçılar”ı yeni axtarışlara sövq edib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, İspaniya təmsilçisi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandtı transfer etməyi planlaşdırır. Almaniyalı futbolçunun müqaviləsi bu yay başa çatdığı üçün o, Madrid klubuna azad agent statusu ilə, yəni heç bir transfer haqqı ödənilmədən keçə bilər.

Qeyd edək ki, Yulian Brandt 2019-cu ildə “Bayer”dən “Borussiya”ya 25 milyon avroya (50 milyon AZN) transfer olunub. Cari mövsümdə bütün turnirlərdə 37 matça çıxan 28 yaşlı oyunçu 11 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz