La Liqa: Serxio Kamelyonun qolu “Rayo Valyekano”ya qələbə qazandırıb - YENİLƏNİR

24 Aprel 2026 00:17
207
La Liqa: Serxio Kamelyonun qolu “Rayo Valyekano”ya qələbə qazandırıb - YENİLƏNİR

İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Rayo Valyekano” öz meydanında “Espanyol”u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyi son dəqiqələrdə həll olunub. Görüşün 87-ci dəqiqəsində fərqlənən Serxio Kamelyo komandasına vacib üç xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran “Rayo Valyekano” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Eyni xala malik olan “Espanyol” isə 12-ci sırada qərarlaşıb.

Maraqlıdır ki, Kataloniya təmsilçisi 2026-cı ildə hələ də qələbə üzünə həsrətdir. Komandanın çempionatdakı qələbəsizlik seriyası artıq 15 oyuna yüksəlib. Xatırladaq ki, mövsümün ilk dövrəsindəki matçda “Espanyol” rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

“Rayo Valyekano” növbəti turda, aprelin 26-da öz meydanında “Real Sosyedad”ı qəbul edəcək. “Espanyol” isə bir gün sonra “Levante” ilə qarşılaşacaq.

23:35

İspaniya La Liqasının 33-cü turu çərçivəsində autsayderlər qrupunda yer alan “Levante” öz meydanında “Sevilya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

İdman.Biz xəbər verir ki, matçın qəhrəmanı dubl müəllifi olan İvan Romero olub. 25 yaşlı hücumçu hər hissədə bir dəfə fərqlənməyi bacarıb. O, 38-ci və 90+4-cü dəqiqələrdə rəqib qapısına yol taparaq komandasına vacib qələbəni qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Levante” 19-cu pillədə qərarlaşaraq elitada qalmaq şanslarını davam etdirir. 34 xalı olan “Sevilya” isə 17-ci yerdədir və təhlükəli zonadan cəmi bir xal uzaqdadır.

İdman.Biz