“Mançester Siti”nin transfer hədəfləri bəlli olub

23 Aprel 2026 23:29
121
“Mançester Siti”nin transfer hədəfləri bəlli olub

İngiltərənin “Mançester Siti” futbol klubu heyətində ciddi yenilənməyə hazırlaşır. Klubun idman direktoru Hüqo Viana yay transfer pəncərəsi üçün bir neçə gənc və istedadlı futbolçunu siyahıya daxil edib.

İdman.Biz “Sky Sports”a istinadla xəbər verir ki, “şəhərlilər” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferində əsas namizəddir. Bernardo Silva və Rodrinini gedişinə hazırlaşan klub 23 yaşlı ingilis futbolçu üçün 100-120 milyon funt sterlinq (təxminən 228-274 milyon AZN) xərcləməli ola bilər.

Hücum xəttini gücləndirmək istəyən “Mançester Siti”nin radarında “RB Leypsiq”in 100 milyon avroluq (təxminən 200 milyon AZN) ulduzu Yan Diomande və “Bornmut”un 19 yaşlı fransalı hücumçusu Eli Junior Krupi də var. Müdafiənin sağ cinahı üçün isə “Feyenoord”un 19 yaşlı üzvü Civayro Rid əsas hədəf seçilib. Niderland təmsilçisinin bu transfer üçün təxminən 30 milyon avro (təxminən 60 milyon AZN) tələb etdiyi bildirilir.

İdman.Biz