Vinisius Mbappedən az maaş almağa razılaşdı

23 Aprel 2026 23:01
217
Vinisius Mbappedən az maaş almağa razılaşdı

Madrid “Real”ının futbolçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə bağlamağa hazırlaşır. Tərəflər arasında artıq prinsipial razılıq əldə olunub və hazırda son detallar dəqiqləşdirilir.

İdman.Biz “Sky Sports”un jurnalisti Florian Plettenberqə istinadla xəbər verir ki, yeni sözləşmədən sonra da Kilian Mbappe “Kral Klubu”nun ən yüksək məvacibli futbolçusu statusunu qoruyub saxlayacaq. Vinisius yeni müqavilə ilə maaş artımı alsa da, bu rəqəm fransalı ulduzun qazancından aşağı olacaq.

Məlumata görə, hazırda Vinisius ilinə 25 milyon avro (50 milyon AZN), Mbappe isə 32 milyon avro (64 milyon AZN) qazanır. Braziliyalı futbolçunun hazırkı əmək müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

İdman.Biz