Maykl Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışıb

23 Aprel 2026 22:09
157
Maykl Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışıb

İngiltərənin “Mançester Yunayted” futbol komandasının müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edən Maykl Karrik klubdakı gələcəyi və daimi müqavilə ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o, hazırda əsas diqqətini komandanın nəticələrini yaxşılaşdırmağa yönəltdiyini qeyd edib.

Mütəxəssis daimi işlə bağlı hər hansı vaxt məhdudiyyəti qoymadığını vurğulayıb:

“Daimi baş məşqçi postu üçün konkret bir vaxt təyin edib onun arxasınca qaçmıram. Hər şey zamanı gələndə bəlli olacaq. Hazırda burada olmağımın səbəbi komandaya və kluba yaxşı nəticələr qazanmaqda kömək etməkdir”.

Gələcək planları barədə danışan Karrik hazırkı vəziyyətdən razı olduğunu bildirib:

“Hazırda işlərimiz qaydasında gedir. Daha çox çalışıb daha da yaxşılaşa bilərik. Mənim hazırda bütün diqqətim yalnız buna yönəlib”.

İdman.Biz