İspaniyanın “Barselona” futbolkomandasının sabiq baş məşqçisi Xavi Ernandes “LaVanguardia” nəşrinə verdiyi səs-küylü müsahibədən sonra keçmiş komanda yoldaşları Lionel Messi və Luis Suareslə videobağlantı yaradıb.
İdman.Biz “Catalunya Radio”ya istinadla xəbər verir ki, mütəxəssis onlardan instaqram hesabında paylaşdığı posta dəstək vermələrini xahiş edib. Suares bu müraciətə müsbət cavab verərək rəy bölməsində ona dəstəyini nümayiş etdirib.
Messi isə müsahibədə deyilənləri müsbət qarşılasa və Xavinin fikirləri ilə razılaşsa da, hər hansı kütləvi addım atmamağa üstünlük verib. Argentinalı ulduz şəxsi söhbət zamanı dəstəyini ifadə etsə də, sosial şəbəkələrdə bunu nümayiş etdirməkdən imtina edib.
