Avropa çempionu olan güləşçilərimiz Bakıda təntənə ilə qarşılanıb

23 Aprel 2026 21:11
177
Avropa çempionu olan güləşçilərimiz Bakıda təntənə ilə qarşılanıb

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 133 xal toplayan komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.

Yığmanın heyətində Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Nihad Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, aprelin 26-dək davam edəcək Avropa çempionatında ölkəmiz 25 güləşçi ilə təmsil olunur.

İdman.Biz