“Atletiko” Qrizmana əvəzləyici tapıb

23 Aprel 2026 16:11
165
“Atletiko” Qrizmana əvəzləyici tapıb

İspaniyanın “Atletiko” Madrid klubu yayda komandadan ayrılacaq Antuan Qrizmanı əvəz edəcək futbolçunu müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, fransalı hücumçu artıq “Orlando Siti” ilə müqavilə imzalayıb.

Məlumata görə, madridlilər Yulian Brandtın heyətinə qatmaq niyyətindədir.

“Borussiya” Dortmund ilə müqaviləsi başa çatan futbolçu yayda azad agent kimi komandadan ayrılacaq və bu səbəbdən transfer ödənişsiz başa gələ bilər.

Qeyd edək ki, Yulian Brandt cari mövsümdə 37 oyunda 11 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz