“Qalatasaray” Türkiyə Futbol Federasiyası ilə əlaqələri dayandırdı

23 Aprel 2026 15:15
173
“Qalatasaray” Türkiyə Futbol Federasiyası ilə əlaqələri dayandırdı

“Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbek Türkiye Futbol Federasyonu (TFF) ilə bütün əlaqələrin dayandırıldığını bəyan edib.

İdman.Biz xəbər verir ki, klubun rəsmi X sosial şəbəkə hesabında yayımlanan açıqlama Dursun Özbekin imzası ilə təqdim olunub.

“Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün əlaqələrimiz bu gündən etibarən dayandırılıb”, - bəyanatda bildirilib.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyinin qərarı hakim qərarları və VAR narazılığı ilə bağlıdır.

İdman.Biz