Arda Güler mövsümü vaxtından əvvəl başa vurdu

23 Aprel 2026 15:29
184
Arda Güler mövsümü vaxtından əvvəl başa vurdu

“Real Madrid”in futbolçusu Arda Güler ciddi əzələ zədəsi səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

İdman.Biz xəbər verir ki, futbolçu tibbi müayinədən keçib və onun zədəsinin gözləniləndən daha ciddi olduğu müəyyənləşib.

Nəticədə məşqçilər korpusu oyunçunun tam bərpası üçün risk etməmək qərarına gəlib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda futbolçunun məşq zamanı narahatlıq hiss etdiyi və əlavə müayinələrə cəlb olunduğu bildirilib.

İdman.Biz