Azərbaycan Kuboku: “Zirə” üçüncü, “Sabah” ikinci dəfə finalda oynayacaq

23 Aprel 2026 17:25
162
Azərbaycan Kuboku: “Zirə” üçüncü, “Sabah” ikinci dəfə finalda oynayacaq

“Zirə” Bizon Azərbaycan Kubokunun finalında üçüncü, “Sabah” isə ikinci dəfə iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Zirə” yarımfinalda “Turan Tovuz”u (2:0, 0:0), “Sabah” isə “Qarabağ”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb. Qəsəbə klubu tarixində üçüncü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/2022 və 2023/2024 mövsümlərində həlledici matçın iştirakçısı olub.

“Sabah” isə həm tarixində, həm də ardıcıl ikinci dəfə finalda oynayacaq. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də üz-üzə gələcək rəqiblər əvvəlki final oyunlarında eyni komanda - “Qarabağ” ilə qarşılaşıblar.

Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda finalda oynayıb: “Qarabağ” - 12, “Neftçi” - 11, “Şamaxı” - 6, “Xəzər Lənkəran”, “Qəbələ” - 5, “Kəpəz” - 4, “Bakı”, “Zirə” - 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Sabah” - 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” L, “İnşaatçı” - 1.

İdman.Biz
Məqalədə: