Premyerliqa: “Mançester Siti” “Börnli”yə qalib gələrək lideri olub - VİDEO

23 Aprel 2026 01:34
191
Premyerliqa: “Mançester Siti” “Börnli”yə qalib gələrək lideri olub - VİDEO

“Mançester Siti” İngiltərə Premyer Liqasının 34-cü turunun matçında “Börnli” üzərində minimal hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, görüş qonaqların 1:0 hesablı xeyrinə başa çatıb.

Oyunda yeganə top beşinci dəqiqədə vurulub. Erlinq Holand fərqlənərək komandasına vacib üç xal qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran “Mançester Siti” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Arsenal”ın da aktivində eyni miqdarda xal olsa da, “şəhərlilər” əlavə göstəricilərə görə rəqibini qabaqlayır.

“Börnli” isə 34 turdan sonra 20 xalla 19-cu mövqedə qalır.

Paralel keçən oyunda “Bornmut” öz meydanında “Lids” klubunu qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

60-cı dəqiqədə meydan sahibləri önə keçiblər. Markos Senesinin ötürməsindən sonra Eli Krupi fərqlənib. Ceyms Hill 68-ci dəqiqədə qonaqların cavab qolunu vuraraq tarazlığı bərpa edib. Az sonra “Bornmut”un heyətində Rayan yenidən komandasını önə keçirib. Lakin matça əlavə olunmuş yeddinci dəqiqədə Şon Lonqstaff “Lids”i məğlubiyyətdən xilas edən qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran “Bornmut” turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. 40 xalı olan “Lids” isə 15-ci yerdədir.

İdman.Biz