Braziliya futbolunun ən parlaq istedadlarından biri hesab olunan Estevao dünya çempionatında iştirak edə bilməyəcək. “Çelsi”nin 18 yaşlı hücumçusu İngiltərə Premyer Liqasının “Mançester Yunayted”lə qarşılaşmasında zədələnərək uzun müddətə yaşıl meydanlardan uzaq qalıb.
İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, gənc futbolçunun bud nahiyəsində (arxa əzələ) ciddi yırtıq aşkarlanıb. Tibbi müayinələrin nəticələri birmənalı olub - Estevaonun bərpa prosesi bir neçə ay davam edəcək ki, bu da onun Braziliya millisinin heyətində dünya çempionatına yollanmaq şanslarını sıfıra endirib.
Xatırladaq ki, “Çelsi”nin böyük ümidlər bəslədiyi və gələcəyin ulduzu kimi transfer etdiyi gənc oyunçu son vaxtlar göstərdiyi performansla Braziliya yığmasının əsas namizədlərindən biri hesab olunurdu.
