“Sabah” - “Qarabağ” oyununa bütün biletlər satılıb

22 Aprel 2026 19:37
151
“Sabah” - “Qarabağ” oyununa bütün biletlər satılıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

İdman.Biz "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la cavab matçında qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.

İdman.Biz