“Sabah” klubunun futbolçusu İqor Noqeyra ilə müqavilənin uzadılması istiqamətində danışıqlar apardığı iddia olunur.
Məsələ ilə bağlı İdman.Biz “Sabah” futbol klubunun mətbuat xidmətinə sorğu ünvanlayıb.
“Hələ heç bir futbolçu ilə müqavilə imzalanmayıb. Hər hansı futbolçu ilə anlaşma əldə olunsa bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, 2024-cü ildən “Sabah”ın şərəfini qoruyan müdafiəçi bu mövsüm Misli Premyer Liqasında 22 oyunda meydana çıxaraq 2 dəfə fərqlənib. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
