İtaliya futbolunda “eskort” qalmaqalı: 50 oyunçunun adı hallanır

22 Aprel 2026 05:38
295
İtaliya futbolunda “eskort” qalmaqalı: 50 oyunçunun adı hallanır

İtaliya futbolu böyük bir rüsvayçılıqla sarsılıb. A Seriyasının təxminən 50 futbolçusunun adı genişmiqyaslı eskort qalmaqalına qarışıb.

İdman.Biz “Corriere della Sera” nəşrinə istinadla xəbər verir ki, İtaliya polisi dövriyyəsi 1,2 milyon avro (təxminən 2.4 milyon AZN) olan gizli şəbəkəni ifşa edib. Araşdırmalar zamanı məlum olub ki, “İnter”, “Milan” və “Yuventus” kimi nəhəng klubların ulduz futbolçuları bu şəbəkənin daimi müştəriləri olublar.

Hətta bəzi oyunçuların bu gizli və qapalı VIP-partilərin təşkilində birbaşa iştirak etdikləri və köməklik göstərdikləri iddia olunur. Hüquq-mühafizə orqanları hazırda futbolçuların bu cinayət şəbəkəsi ilə əlaqələrini və təşkilatçılıqdakı rollarını araşdırır.

Qalmaqalın İtaliya futboluna ciddi təsir edəcəyi və adı hallanan oyunçuların ağır cəzalarla üzləşə biləcəyi gözlənilir.

İdman.Biz