“Trabzonspor” klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə təmsilçisi İtaliyanın “Cenoa” klubunun yarımmüdafiəçisi Ruslan Malinovski ilə rəsmi danışıqlarda son mərhələyə gəlib.
İdman.Biz insayder Fabrisio Romanoya istinadla xəbər verir ki, “bordo-mavililər” 32 yaşlı ukraynalı futbolçuya üç illik müqavilə təklif edib. Malinovskinin İtaliya klubu ilə sözləşməsi bu ilin iyun ayında başa çatdığı üçün o, “Trabzonspor”a azad agent statusu ilə transfer olunacaq. Tərəflər arasında razılığın əldə edildiyi və yaxın günlərdə keçidin rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ruslan Malinovski cari mövsümdə “Cenoa” forması ilə çıxış etdiyi 31 matçda altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Ukrayna millisinin də üzvü olan təcrübəli oyunçunun transferi “Trabzonspor”un növbəti mövsüm üçün heyətini gücləndirmək planlarının əsas hissəsidir.
