“Nyukasl” Entoni Qordonun qiymətini müəyyənləşdirib

21 Aprel 2026 19:38
149
“Nyukasl” Entoni Qordonun qiymətini müəyyənləşdirib

İngiltərənin “Nyukasl” futbol komandasının hücumçusu Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Premyer Liqa təmsilçisi ulduz futbolçusunu yay transfer pəncərəsində “Bavariya”ya satmağa hazırdır.

İdman.Biz “The Times” nəşrinə istinadla xəbər verir ki, “sağsağanlar” bu keçid üçün qarşı tərəfdən 75 milyon funt sterlinq (171 milyon AZN) tələb edir. Münhen klubu artıq futbolçunun transferində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, “Bavariya” rəhbərliyi Qordon üçün ilkin olaraq 60 milyon təklif etmişdi.

İdman.Biz