U-14 Liqasında pley-offun cütləri açıqlanıb - FOTO

21 Aprel 2026 18:37
167
U-14 Liqasında pley-offun cütləri açıqlanıb - FOTO

AFFA U-14 Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, 1/8 final mərhələsinində üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Püşk nəticəsində komandaların 1/4 və yarımfinal mərhələlərindəki potensial rəqibləri də dəqiqləşib.

1/8 final mərhələsinin cütlükləri:
“Neftçi” - “Araz Saatlı”
“Qarabağ” - “Baku Sportinq”
“UGİM Naxçıvan” - “Şamaxı”
“Astara” - “Ulduz” FA
“Metak” - “Gəncə”
“Turan Tovuz” - “Qəbələ”
“Sumqayıt” - “Şimal” RFF
“Sabah” - “Sumqayıt City”

Mərhələnin ilk oyunları aprelin 25-26-da, cavab görüşləri isə ayın 28-29-da baş tutacaq.

İdman.Biz