Camal Musialadan yubiley: Bundesliqada 150-ci oyun

20 Aprel 2026 04:23
297
Camal Musialadan yubiley: Bundesliqada 150-ci oyun

Almaniya Bundesliqasının 30-cu turunda “Ştutqart” üzərində qazanılan 4:2 hesablı qələbə “Bavariya” üçün növbəti çempionluqla yanaşı, Camal Musiala üçün də xüsusi məna kəsb edib. Münhen klubunun hücumameylli yarımmüdafiəçisi bu qarşılaşmada Bundesliqada 150-ci oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, yubiley matçı 23 yaşlı futbolçu üçün fərdi baxımdan o qədər də uğurlu alınmayıb. Belə ki, Musiala oyunda qol vura bilməyib və fasilədə baş məşqçi tərəfindən əvəzlənib.

Xatırladaq ki, Camal Musiala “Bavariya”nın heyətində debütünü 2020-ci ildə gerçəkləşdirib. Qısa müddət ərzində komandanın əsas heyət oyunçusuna çevrilən istedadlı futbolçu, həmçinin Almaniya millisinə də müntəzəm olaraq dəvət almağa başlayıb.

İdman.Biz