Peddi Pimblett növbəti döyüşünün vaxtını açıqlayıb

18 Aprel 2026 19:07
144
Peddi Pimblett növbəti döyüşünün vaxtını açıqlayıb

Yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəmərinə keçmiş iddiaçı, ingiltərəli Peddi Pimblett Şimali Amerika təşkilatının bayrağı altında keçirəcəyi növbəti döyüşün tarixini elan edib.

İdman.Biz BBC portalına istinadla xəbər verir ki, idmançı iyulun 11-də döyüşəcəyini bildirib.

Qeyd edək ki, Peddi Pimblett sonuncu dəfə yanvarın 25-də Las-Veqasda (ABŞ) keçirilən UFC 324 turniri çərçivəsində amerikalı Castin Getji ilə qarşılaşıb. Beş raund davam edən həmin döyüş Getjinin yekdil qərarla qalibiyyəti ilə başa çatıb. Hazırda “Dəcəl” ləqəbli Peddi UFC reytinqində altıncı pillədə qərarlaşıb.

İdman.Biz