“Kristal Palas” azarkeşləri bəyi futbolçuya bənzətdilər - VİDEO

18 Aprel 2026 04:57
231
“Kristal Palas” azarkeşləri bəyi futbolçuya bənzətdilər - VİDEO

Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində “Fiorentina” ilə cavab oyununa (1:2) gələn “Kristal Palas” azarkeşləri Florensiya küçələrində yadda qalan hadisəyə imza atıblar. London təmsilçisinin fanatları şəhəri gəzərkən toy fotosessiyası etdirən cütlüklə qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, azarkeşlər bəyin zahiri görünüşünü komandanın yaponiyalı yarımmüdafiəçisi Daiçi Kamadaya bənzədərək cütlüyün ətrafına toplaşıblar. Onlar bəyi mühasirəyə alaraq futbolçunun şərəfinə bəstələnmiş xüsusi marşı yüksək səslə ifa etməyə başlayıblar.

Toyun bir hissəsinə çevrilən bu maraqlı hadisə həm yeni evlənənlər, həm də ətrafdakı turistlər tərəfindən gülüşlə qarşılanıb. Bəy və gəlin fanatların bu jestinə müsbət reaksiya verərək onlarla birlikdə xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, “Kristal Palas” səfərdə minimal hesabla uduzsa da, ilk oyunda qazandığı böyükhesablı qələbə (3:0) sayəsində turnirin yarımfinalına vəsiqə qazanıb.

İdman.Biz