“Bornmut”da Marko Roze dövrü başlayır

18 Aprel 2026 03:40
220
“Bornmut”da Marko Roze dövrü başlayır

İngiltərənin “Bornmut” futbol klubu yeni baş məşqçisinin adını müəyyənləşdirib. Komandanın sükanı arxasına almaniyalı mütəxəssis Marko Roze keçəcək.

İdman.Biz məşhur insayder Fabrisio Romanoya istinadla xəbər verir ki, tərəflər arasında artıq tam razılıq əldə olunub. 49 yaşlı mütəxəssis cari ilin iyun ayından etibarən rəsmən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Marko Roze karyerası ərzində “Leypsiq”, “Borussiya” (Dortmund) və “Borussiya” (Münhenqladbax) kimi klublarda qazandığı uğurlarla tanınır.

İdman.Biz