Minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Slovakiyada keçirilən Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz bildirir ki, Tağıyev turnirin mükafatlandırma mərasimində təltif olunub.
Azərbaycan millisi yarışın qalibi olub. Komanda finalda Ukraynanı 2:0 məğlub edib.
