Türkiyənin “Beşiktaş” futbol klubu gələn mövsümün heyət planlaşdırılması çərçivəsində “Fənərbağça”dan icarəyə götürülən Cengiz Ünderin gələcəyi məlum olub.
İdman.Biz “beIN Sports”a istinadla xəbər verir ki, baş məşqçi Sergen Yalçın təcrübəli futbolçunun komandada saxlanılmasını rəhbərlikdən xüsusi olaraq xahiş edib.
“Qara-ağlar” 28 yaşlı yarımmüdafiəçinin müqaviləsində yer alan satınalma hüququ üçün “Fənərbağça” ilə görüşəcək. Hazırda sözləşmədə futbolçunun dəyəri altı milyon avro (2 milyon AZN) olaraq göstərilib. Lakin “Beşiktaş” rəhbərliyi bu məbləği aşağı salmaq niyyətindədir. Əgər "sarı-lacivərdlilər" endirimlə razılaşmasa, klubun altı milyon avroluq hüquqdan istifadə etməyəcəyi gözlənilir.
Transfer gündəmi ilə bağlı digər məlumatlara görə, komandada icarə əsasında çıxış edən Jota Silva (17 milyon avro / 34 milyon AZN) və Kristian Asllani (11 milyon avro / 22 milyon AZN) ilə bağlı qəti qərar verilməyib. Bununla yanaşı, Milot Raşitsa, Feliks Uduokay, Tiaqo Djalo və Gökhan Sazdağı ilə yolların ayrıla biləcəyi ehtimalı olduqca güclüdür.
