“Yuventus”da əsas hədəf Bernardu Silvadır

18 Aprel 2026 04:28
242
“Yuventus”da əsas hədəf Bernardu Silvadır

İtaliyanın “Yuventus” futbol klubu yay transfer pəncərəsi üçün planlarını müəyyənləşdirib. Turin təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer siyahısında ilk pilləyə yerləşdirib.

İdman.Biz İtaliya mətbuatına istinadla xəbər verir ki, “qoca sinyora” artıq 31 yaşlı futbolçuya rəsmi təklifini də çatdırıb. “Yuventus” portuqaliyalı ulduza üçillik müqavilə təklif edərək onu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Bernardu Silvanın “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Cari mövsümdə nümayiş etdirdiyi oyunla hələ də Avropanın nəhəng klublarının diqqət mərkəzində olan futbolçunun dəyəri təxminən 27 milyon avro (54 milyon AZN) civarında qiymətləndirilir.

İdman.Biz