Sandro Tonali: “Sosial şəbəkələrdən imtina həyatımı yaxşılaşdırdı”

18 Aprel 2026 01:58
148
Sandro Tonali: “Sosial şəbəkələrdən imtina həyatımı yaxşılaşdırdı”

İngiltərənin “Nyukasl” futbol komandasının italiyalı yarımmüdafiəçisi Sandro Tonali mərc oyunlarına görə aldığı diskvalifikasiyadan sonra həyat tərzini tamamilə dəyişdiyini etiraf edib. Futbolçu artıq sosial şəbəkələrdən uzaqlaşdığını bildirib.

İdman.Biz xəbər verir ki, Tonali hazırda yalnız ailəsinə və futbola fokuslandığını vurğulayıb.

“Mən artıq sosial şəbəkələrdə deyiləm. Cəzalandırıldıqdan sonra onlara olan münasibətimə tamamilə yenidən baxdım. İndi sadəcə məşqlərə gedirəm, sonra isə ailəmin yanına, evə qayıdıram. Həyatım daha da yaxşılaşıb”, - deyə futbolçu söyləyib.

Təcrübəli futbolçu transfer şayiələri barədə də fikirlərini bölüşüb:

“Futbolda yaxşı oynayırsansa, qaçılmaz olaraq transfer xəbərləri ilə qarşılaşırsan. Amma oyununa 100 faiz fokuslanmısansa və özünü rahat hiss edirsənsə, nəsə düşünməyə və ya şərh verməyə ehtiyac qalmır”.

İdman.Biz