“Qalatasaray”da prezident seçkilərinin vaxtı açıqlandı

18 Aprel 2026 02:15
174
“Qalatasaray”da prezident seçkilərinin vaxtı açıqlandı

Türkiyənin “Qalatasaray” futbol klubunda növbəti Seçkili Ümumi Yığıncağın keçiriləcəyi tarix rəsmən açıqlanıb. “Sarı-qırmızılılar” klubun yeni prezidentini müəyyənləşdirmək üçün seçki keçirəcəklər.

İdman.Biz klubun rəsmi məlumatına istinadla xəbər verir ki, seçkilər 16 may 2026-cı il şənbə günü “Qalatasaray” Liseyinin Tofiq Fikrət salonunda baş tutacaq. Həmin tarixdə yetərsay təmin edilməsə, səsvermə 23 may şənbə günü eyni məkanda və eyni saatda çoxluq qeydinə ehtiyac olmadan keçiriləcək.

İdman.Biz
Məqalədə: