Bundesliqa: “Sankt-Pauli” qələbəni əldən verdi

18 Aprel 2026 01:10
132
Bundesliqa: “Sankt-Pauli” qələbəni əldən verdi

Almaniya Bundesliqasının 30-cu turunda “Sankt-Pauli” öz meydanında “Köln”ü qəbul edib. Qarşılaşma azarkeşlər üçün kifayət qədər gərgin keçsə də, tərəflər hərəyə bir xalla kifayətləniblər – 1:1.

İdman.Biz xəbər verir ki, matçın ilk hissəsində hesab açılmayıb. Görüşdə ilk qol 70-ci dəqiqədə vurulub. Karol Mets “Sankt-Pauli”ni önə keçirib. Lakin meydan sahibləri üstünlüklərini sona qədər qoruya bilməyiblər. Matçın sonuna az qalmış Can-Luka Valdşmidt penalti zərbəsini dəqiq yerinə yetirərək oyuna bərabərlik gətirib.

Qeyd edək ki, bu komandalar arasında mövsümün ilk dövrəsində keçirilən görüşdə də eyni hesab (1:1) qeydə alınmışdı. Bu nəticədən sonra xallarının sayını 26-ya çatdıran “Sankt-Pauli” 16-cı, 31 xalı olan “Köln” isə 12-ci pillədə qərarlaşıb.

İdman.Biz