Atasının izi ilə: Kiçik Kriştianu Ronaldudan het-trik - VİDEO

17 Aprel 2026 23:13
181
Atasının izi ilə: Kiçik Kriştianu Ronaldudan het-trik - VİDEO

Kriştianu Ronaldunun oğlu, “Əl-Nəsr”in U-16 fotbol komandasında çıxış edən kiçik Kriştianu Ronaldu nümayiş etdirdiyi oyunla atasının varisi olduğunu bir daha sübut edib. O, komandasının son matçında möhtəşəm performansla yadda qalıb.

İdman.Biz xəbər verir ki, gənc futbolçu “Əl-Feyha”ya qarşı keçirilən və 4:3 hesablı qələbə ilə başa çatan gərgin qarşılaşmada het-trik edib. Ronaldunun oğlu vurduğu qollardan birini cərimə zərbəsindən birbaşa rəqib qapısına göndərməklə atasının məşhur stilini təkrarlayıb.

İdman.Biz