Hansi Flik “Barselona”da balans axtarışında: Yeni transfer tələbi

17 Aprel 2026 23:01
156
Hansi Flik “Barselona”da balans axtarışında: Yeni transfer tələbi

İspaniyanın “Barselona” fubol komandasının baş məşqçisi Hansi Flik komandanın gənc heyətini yüksək qiymətləndirsə də, heyətdəki yaş balansından narazıdır. Almaniyalı mütəxəssis uğur qazanmaq üçün istedadla təcrübə arasında daha sağlam tarazlığın yaradılmasını vacib sayır.

İdman.Biz xəbər verir ki, Flik rəhbərlikdən xüsusi olaraq 26-28 yaş aralığında olan futbolçuların transfer edilməsini xahiş edib. Məşqçinin fikrincə, komandada məhz karyerasının zirvəsində olan, həm fiziki, həm də psixoloji baxımdan tam formalaşmış oyunçulara ehtiyac var.

İdman.Biz