Siyasət Əsgərov: “Xaricdə bizə azarkeşlik edənləri görəndə məyus oluruq” - VİDEO

17 Aprel 2026 18:19
174
Siyasət Əsgərov: “Xaricdə bizə azarkeşlik edənləri görəndə məyus oluruq” - VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarını izləyən azarkeşlərin sayı əvvəlki illərlə müqayisədə artsa da, baş məşqçi Siyasət Əsgərov bu sayın hələ də kifayət qədər olmadığını bildirib.

İdman.Biz xəbər verir ki, bu barədə mütəxəssis Dünya Çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Andorra ilə keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Düşünürəm ki, bu, nümayiş etdirdiyimiz oyunun və qazandığımız nəticələrin bəhrəsidir. Lakin bununla belə, xaricdə çıxış edərkən orada ölkəmizdəkindən daha çox azarkeş görəndə bir qədər məyus oluruq. Çünki qızlar tribunada daha çox tamaşaçı görməyi həqiqətən çox istəyirlər. Bu, onlara əlavə stimul verir”, - deyə Əsgərov bildirib.

Baş məşqçi əlavə edib ki, yığma komanda daha yüksək səviyyəyə çatdıqca tribunadakı azarkeşlərin sayının da artacağına inanır.

İdman.Biz