Almaniyanın “Bavariya” klubu portuqaliyalı hücumçu Rafael Leaonun transferini ciddi şəkildə nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, son aylarda futbolçunun çıxış etdiyi “Milan” və azarkeşlərlə münasibətləri pisləşib.
Bu səbəbdən onun təxminən 80 milyon avro qarşılığında komandadan ayrılması real görünür.
Hücumçunun xidmətində “Mançester Yunayted” də maraqlıdır.
