Madrid “Real”ının hazırkı baş məşqçisi Alvaro Arbeloa klubun son altı baş məşqçisi arasında ən aşağı qələbə göstəricisinə malikdir.
İdman.Biz “Score 90” nəşrinə istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssis rəhbərlik etdiyi oyunların yalnız 62 faizində qalib gəlib.
Bu göstəricidə ən yaxşı nəticə komandadan bir müddət əvvəl komandadan qovulan Xabi Alonsoya məxsusdur (71 faiz). “Real”ın son altı baş məşqçisinin qələbə faizi üzrə reytinqi belədir:
1. Xabi Alonso – 71%
2. Karlo Ançelotti – 70%
3. Santyaqo Solari – 69%
4. Rafael Benites – 68%
5. Zinəddin Zidan – 62%
6. Alvaro Arbeloa – 62%
Qeyd edək ki, Arbeloa 2026-cı ilin yanvarında “Kral klubu”nun sükanı arxasına keçib. Keçən bu müddət ərzində komanda onun rəhbərliyi altında 21 matça çıxıb və cəmi 13 qələbə qazanıb. Zinəddin Zidanla eyni faiz göstəricisinə malik olsa da, mütəxəssislər Arbeloanın xüsusilə böyük oyunlardakı uğursuzluğunu qabardırlar.
