UEFA Avropa Liqasında yarımfinal həyəcanı - TƏQVİM

17 Aprel 2026 02:57
206
UEFA Avropa Liqasında yarımfinal həyəcanı - TƏQVİM

UEFA Avropa Liqasının 2025/2026 mövsümündə 1/4 final mərhələsinin oyunları yekunlaşıb və turnirin ən güclü dörd komandası müəyyənləşib. Aprelin 16-da baş tutan cavab görüşlərindən sonra Portuqaliyanın “Braqa”, Almaniyanın “Frayburq”, həmçinin İngiltərənin “Aston Villa” və “Nottin qem Forest” klubları yarımfinala vəsiqə qazanıblar.

İdman.Biz xəbər verir ki, finala gedən yolda komandaların qarşılaşma təqvimi artıq bəllidir. Yarımfinalın ilk oyunları aprelin 30-da, cavab matçları isə mayın 7-də keçiriləcək.

30 aprel, saat 23:00

“Braqa” (Portuqaliya) - “Frayburq” (Almaniya)

“Nottingem Forest” (İngiltərə) - “Aston Villa” (İngiltərə)

7 may, saat 23:00

“Frayburq” (Almaniya) - “Braqa” (Portuqaliya)

“Aston Villa” (İngiltərə) - “Nottingem Forest” (İngiltərə)

Qeyd edək ki, UEFA Avropa Liqasının qalibi mayın 20-də keçiriləcək final matçında müəyyənləşəcək. Yarımfinal mərhələsində iki İngiltərə təmsilçisinin üz-üzə gəlməsi builki finalda mütləq bir Britaniya klubunun təmsil olunacağını indidən dəqiqləşdirib.

İdman.Biz