UEFA Konfrans Liqasında yarımfinal cütləri bəlli oldu

17 Aprel 2026 03:25
251
UEFA Konfrans Liqasında yarımfinal cütləri bəlli oldu

Aprelin 16-da UEFA Konfrans Liqasında 2025/2026 mövsümünün 1/4 final mərhələsinin cavab oyunları yekunlaşıb. Bu nəticələrdən sonra turnirin yarımfinalçıları və cütlüklər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, avrokubokun builki yarımfinal mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:

“Şaxtyor” (Ukrayna) - “Kristal Palas” (İngiltərə)

“Rayo Valyekano” (İspaniya) - “Strasbur” (Fransa)

Yarımfinalın ilk oyunları aprelin 30-da, cavab qarşılaşmaları isə mayın 7-də baş tutacaq.

Turnirin həlledici final matçı mayın 27-də Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi İngiltərənin “Çelsi” klubu olub. London təmsilçisi ötən ilin finalında İspaniya “Betis”ini 4:1 hesabı ilə darmadağın edərək kuboku muzeyinə aparmışdı.

İdman.Biz