Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı - FOTO

16 Aprel 2026 21:38
124
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı - FOTO

Çempionlar Liqasının rəsmi sosial şəbəkə hesabları cari həftənin ən yaxşı futbolçularından ibarət rəmzi komandanı təqdim edib.

İdman.Biz xəbər verir ki, siyahıda yarımfinala vəsiqə qazanan klubların üzvləri üstünlük təşkil edir.

Həftənin rəmzi komandası aşağıdakı kimidir:

Qapıçı: Xuan Musso (“Atletiko” Madrid).

Müdafiəçilər: Markinyos (PSJ), Dayot Upamekano (“Bavariya”), Eduardu Kuarejma (“Sportinq”).

Yarımmüdafiəçilər: Coşua Kimmix (“Bavariya”), Martin Subimendi (“Arsenal”), Markos Lyorente (“Atletiko” Madrid), Arda Güler (“Real” Madrid).

Hücumçular: Maykl Olise (“Bavariya”), Usman Dembele (PSJ), Ferran Torres (“Barselona”).

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ klubudur. Cari mövsümün final qarşılaşması isə 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

İdman.Biz