“Liverpul”dan Ekitikenin durumu barədə açıqlama

16 Aprel 2026 19:24
183
“Liverpul”dan Ekitikenin durumu barədə açıqlama

İngiltərənin “Liverpul” futbol klubu hücumçusu Hüqo Ekitikenin durumu ilə bağlı rəsmi bəyanat yayıb. Klubun tibbi heyəti gənc futbolçunun axill vətərinin qopduğunu təsdiqləyib.

İdman.Biz xəbər verir ki, bu zədə futbolda ən ciddi travmalardan biri hesab olunur. Şiddətli ağrılarla müşayiət olunan bu növ zədələr uzunmüddətli bərpa prosesi tələb edir və yanlış müalicə edildiyi təqdirdə təkrar zədələnmə riski olduqca yüksəkdir.

Xatırladaq ki, oxşar halla 2023-cü ildə PSJ-nin müdafiəçisi Presnel Kimpembe də qarşılaşmışdı. O, axill vətərinin qopmasından sonra ardıcıl iki əməliyyat keçirməli olmuş və əsas komandanın oyunlarına qayıtması üçün təxminən 700 gün vaxt lazım gəlmişdi. Ekitikenin də yaşıl meydanlardan nə qədər kənarda qalacağı dəqiq bilinməsə də, onun bu mövsümü başa vurduğu və uzun müddət reabilitasiya keçəcəyi gözlənilir.

İdman.Biz