Avstriya futbolunun tanınmış simalarından olan Aleks Manninger 48 yaşında faciəvi şəkildə vəfat edib.
İdman.Biz xəbər verir ki, hadisə Avstriyanın Zaltsburq şəhəri yaxınlığında baş verib. Məlumata görə, keçmiş qapıçının idarə etdiyi avtomobil tənzimlənməyən dəmiryolu keçidində sərnişin qatarı ilə toqquşub. Qəza nəticəsində Manninger aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Karyerası ərzində "Arsenal", "Yuventus", "Fiorentina" və "Liverpul" kimi nəhəng klubların şərəfini qorumuş Manninger, Avstriya millisinin heyətində 33 oyuna çıxıb.
