İngiltərənin “Nottingem Forest” futbol komandasının baş məşqçisi Vitor Pereyra komandanın Avropa Liqasında uğurlu çıxışından sonra Ştefan Orteqa ilə bağlı fikirlərini dəyişmək məcburiyyətində qalıb.
İdman.Biz “Football Insider” nəşrinə istinadla xəbər verir ki, yanvar ayında “Mançester Siti”dən transfer olunan qapıçı qısamüddətli müqaviləsinə baxmayaraq, nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkib. Xüsusilə “Portu” ilə 1:1 hesablı heç-heçə ilə bitən ilk 1/4 final oyununda yeddi seyv edən Orteqa komandanı məğlubiyyətdən xilas edib.
Pereyra əslində yayda Mats Selsi əsas qapıçı kimi saxlamağı və yeni transfer etməyi planlaşdırsa da, Orteqanın “Fənərbağça” və “Mityullann” oyunlarındakı inamlı çıxışı rəhbərliyin ona yeni müqavilə təklif etməsinə səbəb ola bilər. Digər tərəfdən, Belçika mətbuatının yazdığına görə, “Klub Brügge” Mats Selsi transfer etməkdə maraqlıdır.
Əgər “Nottingem Forest” Avropa Liqasında yoluna davam edərsə, Orteqanın klubda qalma şansı kəskin artacaq.
