Messi “Barselona”ya rəqib olmuş klubu aldı

16 Aprel 2026 19:42
171
Messi “Barselona”ya rəqib olmuş klubu aldı

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi klub sahibi olmağa hazırlaşır. Argentinalı ulduz İspaniyanın üçüncü divizionunda çıxış edən “Kornelya” klubunu satın alır.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi 100 faiz Messiyə məxsus olacaq.

Uzun illər “Barselona”da çıxış edən və bölgə ilə sıx bağları olan futbolçunun bu addımı həm idman, həm də investisiya baxımından strateji gediş hesab olunur.

Qeyd edək ki, “Kornelya” klubu gənc istedadların yetişdirilməsi və güclü akademiyası ilə tanınır. Kollektivin tarixindəki ən böyük nailiyyət 6 yanvar 2021-ci ildə Kral Kubokunun 1/32 final mərhələsində qeydə alınıb. Həmin vaxt komanda doğma meydanda Madrid “Atletiko”sunu minimum hesabla (1:0) məğlub edərək sensasiyaya imza atmışdı. Turnirin növbəti mərhələsində isə “Kornelya” “Barselona” ilə qarşılaşıb. İddialı rəqibi ilə oyunda layiqli mübarizə aparan komanda yalnız əlavə vaxtda buraxılan qollarla 0:2 hesablı məğlubiyyətə üzülüb.

İdman.Biz