Simeone ilə bağlı video sosial şəbəkələrdə böyük maraq doğurdu - VİDEO

16 Aprel 2026 17:52
169
Simeone ilə bağlı video sosial şəbəkələrdə böyük maraq doğurdu - VİDEO

“Atletiko” Madridin baş məşqçisi Dieqo Simeone ilə bağlı hazırlanan video sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər arasında müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, videoda “Atletiko”nun oyun üslubu ironik şəkildə təqdim olunaraq daha çox nəticəyə hesablanmış futbol fəlsəfəsi ön plana çıxarılır.

Sosial şəbəkə istifadəçiləri komandanın müdafiə yönümlü və sərt oyun tərzini zarafatla “harambol” kimi xarakterizə edirlər.

Azarkeşlər bu üslubu bir tərəfdən tənqid etsələr də, digər tərəfdən Simeonenin effektiv nəticələr qazandıran sistemini qəbul edirlər.

Videonun ümumi mesajı isə “Atletiko”nun estetikadan çox nəticəyə fokuslanan oyun tərzinin həm mübahisə, həm də maraq doğurmasıdır.


İdman.Biz