Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Əl-İttifaq”a qarşı oyunda (1:0) səhhətində problem olduğu halda meydana çıxıb.
İdman.Biz xəbər verir ki, aprelin 15-də keçirilən və Səudiyyə Ərəbistanı çempionatının 29-cu turuna təsadüf edən qarşılaşmada “Əl-Nəsr” Kinqsli Komanın 31-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıb.
“Bu oyun üçün Ronaldunu heyətə salmamağı düşünürdüm. Kriştianu ən yaxşı formada deyildi. O, qarın ağrılarından və ümumi halsızlıqdan əziyyət çəkirdi. 89-cu dəqiqədə onu əvəz edəndə paltardəyişmə otağına getdi və orada qusdu” - deyə komandanın baş məşqçisi Jorje Jezuş bildirib
Cari mövsümdə 41 yaşlı Kriştianu Ronaldu “Əl-Nəsr”in heyətində 29 oyuna çıxıb, 25 qol vurub və dörd məhsuldar ötürmə edib.
