“Turan Tovuz”un qapıçısı Sergey Samokla bağlı qərarı bəlli olub.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, “Turan Tovuz”un baş məşqçi Kurban Berdiyev növbəti mövsümdə də 25 yaşlı çərçivə qoruyucusunu sərəncamında görmək istəyir.
S.Samok cari mövsümün ikinci yarısında sərgilədiyi stabil oyunla məşqçilər korpusunun etimadını qazanıb. Bu səbəbdən klub onunla yola davam etməyə üstünlük verir.
Hazırda tərəflər arasında danışıqlar gedir. Bildirilir ki, rusiyalı qapıçıya ölkəsindən də müəyyən təkliflər var və bu amil danışıqlar prosesini bir qədər uzadır.
Qeyd edək ki, Sergey Samok 2024-cü ildən “Turan Tovuz”un formasını geyinir.
