“Arsenal” “Real Madrid”in yarımmüdafiəçisini transfer etmək istəyir – ad açıqlanıb

16 Aprel 2026 15:48
198
“Arsenal” “Real Madrid”in yarımmüdafiəçisini transfer etmək istəyir – ad açıqlanıb

İspaniya “Real Madrid”inin və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler İngiltərə Premyer Liqasında top-klublardan birinə keçə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Londonun “Arsenal” klubu 20 yaşlı futbolçunun transferində maraqlıdır. “Topçular” yay transfer pəncərəsində Güləri heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

Futbolçunun “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Türkiyəli oyunçunun bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə La Liqada 31 oyuna çıxan Güler dörd qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz