Azərbaycan millisinin futbolçularının iştirakı ilə imza tədbiri keçirilib - FOTO

16 Aprel 2026 16:18
143
Azərbaycan millisinin futbolçularının iştirakı ilə imza tədbiri keçirilib - FOTO

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçularının iştirakı ilə imza günü təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə yığma üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.

İdman.Biz