“Qarabağ” xanım azarkeşlər üçün sektor ayırıb

15 Aprel 2026 15:37
376
“Qarabağ” xanım azarkeşlər üçün sektor ayırıb

“Qarabağ” xanım azarkeşlər üçün sektor ayırıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunda “Sabah” ilə keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş yalnız hazırda satışı davam edən (10, 11, 12, 13, 16, 17, 18, 19 və VIP C, C2, D, D2) sektorlara aid olacaq.

Biletlərin 16, 17 və 18 aprel tarixlərində stadionun kassalarından və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan əldə olunması mütləqdir.

Xanımların pulsuz biletləri mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir.

Qeyd edək ki, qarşılaşma aprelin 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

İdman.Biz
Məqalədə: